Təhlükə: Baş nazir qərar verdi, İşçi Qrupu yaradıldı
30.01.2020
Azərbaycanda koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb.
Report-un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.
O deyib ki, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir:
"Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”.
Xatırladaq ki, İşçi qrupun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub.