Makron satqın tarixçi ilə görüşdü
30.01.2020
Fransa Prezidenti Emmanuel Makron türkiyəli tarixçi Taner Akçamla Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının iclasında görüşüb.
bu məlumatı "Nouvelles dArmenie” yayıb. Makron görüş zamanı Akçamı "inkarı qınayan” (qondarma erməni soyqırımının Türkiyə tərəfindən inkarının qınanması nəzərdə tutulur – red.) adlandırıb. O, Akçamın inkara qarşı işlərinin Türkiyə rəhbərliyi ilə dərin siyasi debatlarda vacib töhfə olduğunu bildirib:
"Böyük tarixi yalan, revizionizm və inkar siyasətiylə yaratmaq olmaz”.
Qeyd edək ki, saxta erməni soyqırımından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edən ölkələrdən biri də Fransadır.