Rusiya Çinlə sərhədini bağlayır
30.01.2020
Koronavirus epidemiyası ilə əlaqədar Rusiya Çinlə Uzaq Şərqdəki sərhədlərini bağlayır.
bununla bağlı Rusiya Baş Naziri Mixail Mişustin sərəncam imzalayıb.
Baş Nazir hökumətin iclasında bildirib ki, koronaviriusun yayılmasının qarşısını almaq üçün atılan addımlar çərçivəsində bu qərar verilib və digər müvafiq tədbirlər barədə ictimaiyyət məlumatlandırılacaq.
Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib.