"Milan"dan "Sevilya"ya - RƏSMİ
30.01.2020
"Milan"ın futbolçusu Suso karyerasını "Sevilya"da davam etdirəcək.
26 yaşlı vinger sonradan müəyyən şərtlərlə alınması şərtilə icarəyə verilib.
İspaniyalı oyunçunun özünün komandasının dəyişmək istədiyi bildirilir. Onunla "Valensiya", "Roma" və "Getafe" də maraqlanırdı.
Qeyd edək ki, bu mövsüm Suso "Milan"da 17 oyuna 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun müqaviləsi 2022-ci ilin yayınadəkdir.