Gürcüstan da Çinə aviareysləri dayandırıb
30.01.2020
Gürcüstan yanvarın 29-dan Çin ilə hava nəqliyyatına qadağa tətbiq edib. Eyni zamanda, Gürcüstan əsas idxal tərəfdaşlarından biri olan Çindən təkrar idxal və tranziti də qadağan edib.
Bu barədə Gürcüstan hökuməti tərəfindən müvafiq qərar qəbul olunub.
Məlumat üçün qeyd edək ki, Çin Gürcüstanın üçüncü əsas idxal tərəfdaşıdır. Ötən il Gürcüstan Çindən 858,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Rəsmi Tbilisi yanvarın 27-də Çindən diri heyvanların idxalını dayandırıb. Qeyd edək ki, bu qadağalar Gürcüstanın koronavirusla mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.