21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Amerikalılar İran xalqından üzr istəyib

30.01.2020

ABŞ-da fəaliyyət göstərən "Pink Code” adlı müharibə əleyhinə qrupun nümayəndələri Vaşinqtonda İranın maraqlarını müdafiə edən idarənin ofisinə gələrək üzrxahlıq məktubunu təqdim ediblər.

10 min nəfərin imzası ilə tərtib edilən məktubda Amerika xalqının prezident Donald Trampın yanlış xarici siyasəti nəticəsində təzyiqlərə məruz qalan İran xalqından üzr istədiyi bildirilir.
Nəzərə çatdırılıb ki, ABŞ administrasiyasının təxribat xarakterli siyasəti iki ölkəni müharibənin başlanğıcına gətirib çıxarıb. Amerika xalqı İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaları ədalətsiz və general Qasım Süleymaninin qətlə yetirilməsini isə təxribat hesab edir.
Ofisin əməkdaşları məktubu qəbul edərək, ABŞ xalqının mövqeyini İran xalqına çatdıracaqlarını bildiriblər.
Söhbət zamanı xalqlar arasında əlaqələrin bərpası məsələsi müzakirə edilib.