İlin məşqçisi klubdan kənarlaşdırıldı
29.01.2020
Almaniyanın "Fortuna” klubu baş məşqçisi Fridhelm Funkeli istefaya göndərib.
Buna Düsseldorf təmsilçisinin Bundesliqadakı uğursuz nəticələri səbəb olub.
19 matçda 15 xal toplayan "Fortuna” sonuncu – 18-ci pillədə qərarlaşıb. 66 yaşlı F.Funkel bu komandada 2016-cı ildən çalışıb və məhz onun rəhbərliyi altında Bundesliqaya yüksəlib.
Qeyd edək ki, klub bir gün əvvəl şəhərdə ilin ən yaxşı məşqçisi ilə bağlı təbrik yaymışdı.