Ərdoğan: “Astana prosesi adlı bir şey qalmayıb”
29.01.2020
Suriyada münaqişənin nizamlanması üzrə Astana prosesi adlı bir şey qalmayıb.
bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, hazırda Astana proesesi səssizliyə bürünüb.
"Astana prosesini yenidən aktivləşdirmək üçün Türkiyə, Rusiya və İran nə edə bilər, bunu müzakirə etmək lazımdır. Onsuz da ABŞ yüksək səviyyədə burada iştirak etmir, əsasən səfir və xüsusi nümayəndə ilə təmsil olunur. Astana prosesində əsas etibarilə üç ölkə - Rusiya, İran və Türkiyə iştirak edir. Nəticə əldə etmək müzakirə mövzusu olmalıdır”, - deyə Ərdoğan qeyd edib.