21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fələstin o sövdələşməni qondarma sayır

29.01.2020

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi İsrail-Fələstin münaqişəsinin nizamlanmasını nəzərdə tutan "Əsrin sövdələşməsi” sənədi ilə bağlı açıqlama yayıb.
Səfirlikdən daxil olan açıqlamada bildirilir ki, dünən dünya ABŞ Prezidenti və İsrail Baş nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan "Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub.
Açıqlamada qeyd olunur ki, sənəd İsrailin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib.
Səfirlik bəyan edir ki, sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur.
Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: "Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”.
Qeyd edək ki, ABŞ-ın hazırkı Administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur.