Tofiq Qasımov İsveçrədə dəfn edilib
29.01.2020
Tofiq Qasımov ötən bazar günü - yanvarın 26-da vəfat edlibmiş. Bu barədə ailəsindən məlumat verilib.
Dəfn mərasimi isə yanvarın 27-də uzun illərdir yaşadığı İsveçrənin Lütsern şəhərində keçirilib.
Qeyd edək ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş xarici işlər naziri Tofiq Qasımovun mühacirətdə vəfat etdiyi barədə məlumatlar bu gün sosial şəbəkələrdə yayılıb.
O 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq, vəzifəsindən gedib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov daha sonra İsveçə mühacirət edib. Oradan isə İsveçrəyə gedib.
2 qızı var. O, indiyə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.