Daha bir təhlükəli virus yayıldı: Altı gündə 6 uşaq öldü
29.01.2020
Dünyada koronavirus təşvişi davam edərkən Kolumbiyadan yeni epidemiya barədə həyəcanlı xəbərlər yayılmağa başlayıb.
Bu barədə "Sabah” xəbər yayıb. Bildirilir ki, yanvarın 23-dən bəri altı uşağın ölümü, 60 nəfərdən artıq insanın xəstələnməsi ilə nəticələnən epidemiyaya nəyin səbəb olduğu bilinmir.
Kolumbiya Səhiyyə Nazirliyi artıq bununla bağlı tədbirlərə başlayıb.
Epidemiyanın ölkənin şimal-qərbində Çoko departamentinin Baxo-Baudo bölgəsindən yayıldığı vurğulanır.
Qeyd edək ki, hazırda Çin koronovirusu adı ilə tanınan xəstəliklə əlaqədar dünyanın bir çox ölkələrində həyəcan yaşanır. Son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.
Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.