XİN başçılarının görüşü başlayıb
29.01.2020
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.
Xəbər verildiyi kimi, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.
Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.