Çin həbslərə başladı - koronavirusla bağlı
29.01.2020
Çində Tyantszin şəhərindəki koronavirusla bağlı feyk məlumatları yayan şəxs saxlanılıb.
Bu məlumatı Tyantszin şəhərinin İctimai Təhlükəsizlik İdarəsi yayıb. Məlumata görə, hazırda koronavirus mövzusuyla bağlı internetdə paylaşımlar daimi izlənilir. İctimai narahatlığın qarşısını almaq üçün yalan məlumat yayanların qanunla sərt cəzalandırılacağı vurğulanıb.
İndiyə qədər saxta məlumat yayanlardan birinin həbs edildiyi, 34 nəfərlə isə profilaktik söhbət aparıldığı bildirilib.