Qonşu ölkə də Çinlə aviaəlaqələri dayandırdı
29.01.2020
Gürcüstanın Mülki Aviasiya Agentliyi Çinlə aviaəlaqələri dayandırıb.
Xəbər verildiyi kimi, bu məlumatı agentliyin mətbuat xidməti yayıb. Əlaqələrin koronavirusla əlaqədar dayandırıldığı vurğulanıb.
Qadağanın martın 29-na qədər davam edəcəyi bildirilib.
Qeyd edək ki, indiyə qədər Gürcüstanla Çin arasında həftədə üç dəfə Tiflis-Urumçi birbaşa reysi həyata keçirilib.