İrəvan qaynayır: Meriya tutuldu, küçələr bağlandı
16.05.2018
Onlarla etirazçı İrəvan meriyasının binasına daxil olub.
"Dövran Media" xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Ermənistan” yayıb. Binaya daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb ediblər. Meriyaya daxil olan etirazçılara aktivist Vaçe Qəribyan rəhbərlik edib.
Meriya ilə bərabər, İrəvanda bir sıra əsas küçələr də etirazçılar tərəfindən bağlanıb. Küçələri bağlayan etirazçılar Sasna Çrer qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər.
Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulub. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə 16:00-dan etibarən etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar.
Qeyd edək ki, bu gün İrəvanda Sasna Çrer işi üzrə məhkəmə iclası keçirilir.