Kravçukdan şok: Hitlerlə Stalin təkbətək görüşüb
29.01.2020
Adolf Hitler və İosif Stalinin Lvovda görüşməsi İkinci Dünya müharibəsinin başlamasının ilkin şərti oldu.
Xəbər verildiyi kimi, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk mediaya açıqlamasında deyib.
"Hitler və Stalin Lvovda görüşdü. Bu sənəd artıq məxfi deyil. Onlar razılaşmağa çalışdılar”, - Kravçuk bildirib.
Onun sözlərinə görə, Hitleri dayandırmaq üçün onun əl-qolunu bağladılar, amma bu, Sovet İttifaqına qarşı çevrildi.
"Nəticədə ölkəmizdəki xalqlar əziyyət çəkdi”, - keçmiş prezident bildirib.
Qeyd edək ki, bu, Hitlərlə Stalinin şəxsən görüşdüyü haqda ilk iddiadır.