Çində koronavirusa görə fövqəladə vəziyyət davam edir.
Xəbər veriliyi kimi, virusun mərkəzi olan Uhan şəhərində həyat tam olaraq dayanıb.
Şəhərdən çəkilən kadrlar vəziyyətin nə qədər ciddi olduğunu sübut edir. "Ruhlar şəhəri" adlandırılan Uhanda küçələrdə adamlar, hərəkətdə olan maşınlar, hətta heyvanlar belə gözə dəymir.
Bütün dünyanı qorxuya salan virus Uhanda bütün həyatı iflic edib. İnsanlar küçələrə çıxmır. İctimai nəqliyyat vasitələri boş hərəkət edir. Mağazalar gün ərzində 3-4 saat işləyir.
Qeyd edək ki, Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 5974 nəfərə çatıb, 132 nəfər epidemiya nəticəsində ölüb. Xəstəliyə yoluxanlardan 1239 nəfərin vəziyyəti ağırdır. Habelə 9,2 min insanda koronavirus əlamətləri müşahidə edilir, lakin diaqnoz təsdiqlənməyib. Karantində təxminən 60 min nəfər var.