Azərbaycanın keçmiş naziri vəfat etdi
29.01.2020
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımov İsveçrədə vəfat edib.
Bu barədə Müsavat Partiyasının üzvü Mirbaba Babayev Feysbuk səhifəsində yazıb.
Sabiq nazirin 82 yaşında vəfat etdiyi bildirilir.
Tofiq Qasımov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə nazir postunu tutub.