SKANDAL: türk jurnalistlərnə EMBARQO
29.01.2020
ABŞ prezidenti Donald Trump qondarma Yaxın Şərq sülh planını açıqlayıb.
Trump və Netanyahunun təşkil etdiyi mətbuat konfransında qalmaqallı bir tətbiq edilib. Türk jurnalistlər embarqo edilərək Ağ Evdəki mətbuat konfransına buraxılmayıb.
Ağ Evdə İsrail Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında Trump birtərəfli Yaxın Şərq sülh planını ictimaiyyətə açıqladı.
Görüşdə iştirak etmək üçün akkreditasiya üçün müraciət edən türk jurnalistlər müsbət cavab almayıblar. Vaşinqtonda işləyən jurnalist Hüseyin Günay "Ağ Ev türk jurnalistlərinə embarqo tətbiq etdi. Trump və Netanyahu mətbuat konfransı Vaşinqtonda yaşayan Türk jurnalistləri qəbul etmədi. Akkreditasiya üçün müraciət etdik, amma müsbət cavab verilmədi!" ifadələrini öz sosial media hesabından paylaşıb.