09 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Ronaldonun izləyici sayı 200 milyona ÇATDI

29.01.2020

Portuqaliya milli komandasının və İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo qeyri-adi rekorda imza atıb.
Ulduz hücumçu instaqramdakı izləyici sayı 200 milyona çatan ilk şəxs kimi tarixə düşüb.
Adıçəkilən sosial şəbəkədə mütləq lider olan portuqaliyalının ən yaxın izləyicisi Ariana Qrandedir. Amerikalı pop müğənninin 173 milyon izləyicisi var.
İlk "üçlüy”ü digər amerikalı – aktyor Duayn Conson qapayır. O, həmyerlisindən 3 milyon izləyici geri qalır.
Qeyd edək ki, K.Ronaldonun futbol meydanlarındakı əsas rəqibi İspaniya "Barselona”sının argentinalı ulduzu Lionel Messinin 141 milyon izləyicisi var.