Qətərin baş naziri istefa verdi
28.01.2020
Qətərin Baş naziri Abdullah əl-Sani istefa verib.
Əmir Şeyx Temim bin Hamed əl-Saninin nazirin istefasını qəbul etdiyi bildirilir. Artıq baş nazir postuna yeni təyinat da reallaşıb. Xalid ibn Xəlifə bin Əbdüləziz əl-Sani yeni baş nazir təyin edilib.
İstefanın səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.