İdlibin ən böyük mahalı mühasirəyə alındı
28.01.2020
Əsəd rejimi İdlibin ən böyük mahalı Maarratünnumanın mərkəzini mühasirəyə alıb.
Rejim qüvvələrinin mahalın Həmidiyyə, Bsida, Kəfər Basin, Babolin və digər yaşayış məntəqələrini ələ keçirdiyi bildirilib.
Qeyd edək ki, Hələb-İdlib-Həma-Dəməşqdən İordaniyaya qədər uzanan və bu mahalın mərkəzindən keçən yol Maaratünnumanın strateji önəmini artırır.