21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səhiyyə Nazirliyindən koronavirus AÇIQLAMASI

28.01.2020

"Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”. 
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, aparılan tədbirlər nəticəsində hələ ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb: "Səhiyyə Nazirliyi və  Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Hələ ki, bu günə şübhəli xəstə aşkar olunmayıb. Buna baxmayaraq, sərhəd-keçid məntəqələrində termivizorlar tərəfindən bir qədər temperaturu olan xəstələr aşkar olunarsa, onlar barədə Səhiyyə Nazirliyinin Karantin Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar  veriləcək.  Həmin şəxslər üzərində inkubasiya dövrü, yəni  14 günə qədər müddətdə tibb müəssisələri tərəfindən nəzarət, müşahidə işi aparılacaq”. 
A.Əliyeva qeyd edib ki, həm məktəblərdə, həm də məktəbəqədər müəssisələrdə müşahidələrin artırılması lazımdır: "Kimdəsə yüksək temperatur müşahidə olunarsa, həmin şəxslərin təcrid edilməsi və bu barədə ərazi Gigiyena Epidemiologiya mərkəzlərinə, oradan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə  və  Səhiyyə Nazirliyinə müraciət edilməlidir. Şübhəli hal olarsa, analizlər toplanmalı, hardan gəldiyi, Çinlə əlaqəsinin olub-olmaması, hər hansı xəstə ilə təması araşdırılmalıdır. Qrip xəstəliyinə görə yaxmalar götürülür. Hələ ki, ağır gedişli respiratur virus infeksiyalı, qripəbənzər xəstələrdən yaxma götürülür. Lazımı miqdarda aplikatorlar paylanılıb. Tək-tək hallarda mövsümi qrip halları aşkarlanır. Respirator virus infeksiyaları adi qaydada var, böyük artım yoxdur. Bunlar mövsümi qaydada qeydə alınır”.