10:03:10 09 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Dünya çempionumuz faciəli şəkildə öldü - FOTO

28.01.2020

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.
Midag.ru xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.
Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.
Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.
Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.