Çavuşoğlu Pompeo ilə görüşəcək
16.05.2018
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
"Dövran Media" xəbər verir ki, görüşün iyunun 4-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ABŞ-ın Qüdsdə səfirlik açmasından sonra iki ölkə arasında münasibətlər gərgin xarakter alıb.