Uxanda 6 azərbaycanlı qalıb - VİDEO
28.01.2020
Koronavirusla bağlı blokadaya alınan Uxan şəhərində 6 azərbaycanlı qalıb.
Xəbər verildiyi kimi, 2019-cu ilin avqust ayından doktorantura təhsili üçün Çinin Uxan şəhərinə üz tutan tələbə Leyla Quliyeva xəbəri eşidəndə artıq gec olub. Ailəsi ilə birlikdə çıxılmaz vəziyyətə düşüb.
O, təhlükəsizliyə görə evdən çölə çıxa bilmədiyini deyir. Oxuduğu universitet və səfirliyimiz Leyla ilə daim əlaqə saxlayır və qayğısına qalır. Leylanın ən böyük narahatlığı 7 yaşlı qızı ilə bağlıdır.
Karantin altına alınan şəhərdə Leyla ilə yanaşı daha bir neçə azərbaycanlı var.