21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Koronavirusla bağlı Azərbaycanda səkkiz palata ayrıldı

28.01.2020

Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb.
Report-un məlumatına görə, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.
İnstitutda səkkiz palata ayrılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.
Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.