Zəlzələdə ölənlərin sayı 40-a çatıb
27.01.2020
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində Elazığda 36 nəfər, Malatyada isə 4 nəfər ölüb.
Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb.
İndiyə kimi dağıntılar altından 45 nəfər xilas edilib.
Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.