Həcc ziyarətinə sənəd qəbulu başlayıb
27.01.2020
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək.
QMİ-dən həmçinin bildirilib ki, bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları olacaq.
Qeyd edək ki, 2019-cu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb və ziyarətin qiyməti 4285 ABŞ dolları təşkil edib.