Çeçenlərin kütləvi həbsi başladı - Fransada
16.05.2018
Fransa əks-kəşfiyyat idarəsi ölkədəki çeçen icmasının 6 üzvünü həbs edib.
"Dövran Media" bildirir ki, bu barədə "Franceinfo” nəşri xəbər yayıb. Qeyd olunur ki, saxlanılan şəxslər ötən il İspaniyada baş verən terror aktında şübhəli bilinirlər.
Məlumatlara görə, təhlükəsizlik xidmətinin əməkdaşları Aşağı Reyn, Jironda və Yuxarı Qaronnadakı departamentlərə baş çəkiblər.
O da vurğulanıb ki, saxlanılanların Paris şəhərində insanlara hücum edən çeçen əsilli Həsən Əzimovla heç bir əlaqəsi yoxdur.