83 nəfərin olduğu təyyarə qəzaya uğradı
27.01.2020
Herat-Kabul reysi ilə hərəkət edən "Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə 1TV telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib.
Böyük Britaniyanın "Mirror” nəşrinin məlumatına görə, təyyarənin içərisində 83 sərnişin olub.
Qəzanın baş verdiyi əraziyə "Taliban” qüvvələri nəzarət edir