Abbas Trampın zəngini cavabsız qoydu
27.01.2020
Fələstin Prezidenti Mahmud Abbas ABŞ lideri Donald Trampın telefon zəngini qəbul etməyib.
Bu barədə Fələstin hökuməti məlumat yayıb.
Telefon zənginin hansı səbəbdən cavablandırılmadığı açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp "Əsrin müqaviləsi”ni İsrail Baş naziri Benyamin Netanyahu ilə 28 yanvarda planlaşdırılan görüşündən əvvəl açıqlayacağını bəyan edib.