Tramp Paşinyanı təbrik etdi
16.05.2018
ABŞ prezidenti Donald Tramp Ermənistanın yeni baş naziri Nikol Paşinyana yolladığı təbrik müraciətində bildirib ki, ticarət əlaqələrinin inkişafı və demokratik institutların möhkəmləndirilməsi naminə birgə işə ümid edir.
"Dövran Media" xəbər verir ki, bu barədə Ermənistanın Vaşinqtondakı səfirliyindən bildirilib.
"Seçilməyiniz münasibətilə təbrik edirəm. Qarşılıqlı maraq doğuran bir çox sahələrdə sizinlə birgə işləyəcəyimi gözləyirəm”, - Trampın təbrikində deyilir.
Tramp həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə ümidvar olduğunu vurğulayıb.