257 nəfər namizədliyini geri götürdü
26.01.2020
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb.
Hazırda deputatlığa namizədliyin sayı 1380 nəfərdir.