Şiə liderindən ABŞ-a qarşı aksiya çağırışı
26.01.2020
İraq şiələrinin liderlərindən biri Müqtəda əs-Sədrin rəhbərlik etdiyi siyasi hərəkat ABŞ-ın ölkədəki varlığına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilməsi üçün çağırış edib.
Bu barədə "Əl Sumariya” telekanalı məlumat yayıb.
Kanalın bildirdiyinə görə, Müqtəda əs-Sədr tərəfdarlarını bazar günü axşam İraqdakı ABŞ səfirliyinə və şiə hərəkatı liderinin bütün əleyhdarlarına qarşı mitinq keçirməyə çağırıb.
Bildirilib ki, etiraz aksiyaları ölkənin bütün şəhərlərində şam namazının qılındığı yerlərdə keçirilməlidir.
Qeyd edək ki, cümə günü Bağdadda ABŞ ordusunun İraqdan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilmişdi.