21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədəki fay qırılmalarının ölkəmizə təsiri... - Ekoloq

25.01.2020

Türkiyə və Azərbaycan fərqli coğrafi mövqelərə malikdir. Yəni Azərbaycana ən çox təbii təsiri olan ölkələr Rusiya, İran, Türkmənistandır. Buna görə də Türkiyədəki zəlzələnin və fay qırılmalarının Azərbaycana təsiri olacağını düşünmürəm.
Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələnin Azərbaycana təsirini Axar.az-a şərh edərkən deyib.
Ekoloq bildirib ki, Azərbaycanda ən çox seysmik fəallığın müşahidə olunduğu yerlər Şamaxı, Bakı, Quba, Lənkəran və digər Xəzər sahili bölgələrdir:
"Ümumilikdə deyə bilərəm ki, istər paytaxt Bakı, istərsə də regionlarımız mümkün zəlzələyə hazırdır. Çünki ölkədə binalar təhlükəsizlik standartlarına tam uyğundur və risk ehtimalları öncədən nəzərə alınaraq tikilir. Bu, uzun illərdir belədir. Örnək verim ki, 2000-cı ildə Bakıda 7 bal gücündə zəlzələ olmasına baxmayaraq, elə də ciddi dağıntı olmamışdı. Düşünmürəm ki, Bakıda tikilən yeni hündürmərtəbəli binalar şəhərin seysmoloji vəziyyətinə ciddi təsir göstərsin. Çünki bu binalar həm seysmoloji, həm də digər təsirlər nəzərə alınaraq tikilir”.
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. Nəticədə 20-dən çox insan ölüb, 1000-dən çox yaralı var.