"Latam Airlines” aviaşirkətinin Lima-Hulyaka reysini həyata keçirən təyyarəsi göyərtəsində bomba olması xəbərdarlığından sonra Perunun Pisko şəhərinin hava limanında təcili eniş edib.
Bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, təcili eniş etmək barədə qərarı hava gəmisinin kapitanı təlimata müvafiq olaraq verib.
Təyyarənin uğurla eniş etdiyi və göyərtəsindəki 118 sərnişinin hava limanının binasına aparıldığı bildirilir.
Mütəxəssislər hazırda təyyarədə partlayıcı qurğunu axtardıqları üçün Pisko aeroportu müvəqqəti bağlanıb.