Putin ideoloqunu işdən çıxardı
25.01.2020
Rusiya prezidentinin köməkçisi Vladislav Surkov dövlət xidmətini tərk edib.
Bu məlumatı öz Teleqram kanalında Rusiya Siyasi Konyukturlar Mərkəzinin direktoru Aleksey Çesnakov paylaşıb.
"Ukrayna istiqamətində kursun dəyişməsi ilə bağlı Surkov dövlət xidmətini tərk edib. Yaxın zamanlarda o, meditasiya ilə məşğul olacaq”, - o bildirib.
Qeyd edək ki, Surkov 2013-cü ildən Rusiya Prezidentinin köməkçisi vəzifəsini icra edib.