ABŞ Əfqanıstana 60 milyon dollar verəcək
25.01.2020
ABŞ hakimiyyəti Əfqanıstana 60 milyon dollarlıq yardımın ayrılmasına izn verib.
Bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin köməkçisinin müavini Elis Uels deyib. O, Əfqanıstanın korrupsiya ilə mübarizədə uğur əldə etdiyini gördüyü üçün ABŞ Prezident Administrasiyasının yardımın ayrılmasına izn verdiyini bildirib.
Qeyd edək ki, ABŞ Əfqanıstana 60 milyon dollarlıq yardımın təqdimini keçən ilin sentyabrında dayandırmışdı.