Xəstələri müalicə edən həkim virusdan öldü - Çində
25.01.2020
Çinin Uhan şəhərində həkim koronavirusdan ölüb.
Report xəbər verir ki, yanvarın 16-sı 62 yaşlı otolarinqoloq Lyan Udunda koronavirusun əlamətləri aşkar edilib. Yanvarın 25-i yerli vaxtla saat 7:00-də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 1280-i ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələri hazır olmağı tövsiyə edib.