21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ərdoğan: “Haftara verilən dəstək onu ərköyünləşdirib"

24.01.2020

"Liviyada münaqişənin hərbi yolla həllinin mümkün olmadığı qənaətindəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə mətbuata birgə bəyanatında deyib.
"Haftarın (Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftar-red.) hücumları artırması onun münaqişənin həllində maraqlı olmadığını göstərir. Haftara verilən dəstək onu ərköyünləşdirib. Liviyalı qardaşlarımızı yalnız qoymayacağıq. Türkiyə və Almaniya problemlərin dialoq yolu ilə həllinə tərəfdardır”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan Almaniya kansleri ilə görüşdə Avropa İttifaqı–Türkiyə münasibətlərinin də müzakirə olunduğunu qeyd edib: "Türkiyə və Almaniya miqrant məsələsində Avropanın yükünün böyük bir hissəsini öz üzərinə götürüb. Avropa İttifaqı və təşkilata üzv dövlətlərin suriyalılara daha çox yardım etməsi insanlıq vəzifəsidir. İdlib son günlərdə Əsəd rejiminin ağır hücumlarına məruz qalmaqdadır. İdlibdə zülmün bitməsi üçün hər kəs Əsəd rejiminə təzyiq etməlidir”.