21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avstraliya XİN-i İndoneziyada terror təhlükəsinin qaldığını bildirib

16.05.2018

Avstraliyanın XİN-i hazırda İndoneziyada olan Avstraliya vətəndaşlarına müraciət edərək terror təhlükəsinin qalması ilə əlaqədar onları maksimum ehtiyatlı olmağa çağırıb.
Bu barədə Avstraliya XİN-in yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, XİN-ə İndoneziyanın istənilən yerində və istənilən vaxtda terror hücumunun baş verməsi barədə məlumatlar daxil olmaqda davam edir. İndoneziyanın ən təhlükəli regionları sırasında paytaxt Cakarta, böyüklüyünə görə ikinci şəhər olan Surabaya və kurort adası olan Balinin adı çəkilir.
Bu ərəfədə İndoneziyanın hüquq-mühafizə orqanları Surabayada silsilə terror aktlarının hazırlanmasında şübhəli bilinən 13 nəfərin həbs edilməsi barədə məlumat yayıb. Xatırladaq ki, mayın 13-də və 14-də baş verən 5 partlayış nəticəsində 15 dinc sakinin, həmçinin 13 terrorçu-kamikadzenin həlak olduğu bildirilib. Təqribən 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Milli polisin rəhbəri Tito Karnavianın bildirdiyinə görə, terror aktlarının arxasında İŞİD ilə əlaqəsi olan "Camaa ansarud daulah” yerli qrupu dayanır.