Erməni fitnəkarlığının qarşısı alındı
24.01.2020
Moskvanın Azərbaycan icması fitnəkar ekstremist "Mistik ölkə - Aran" erməni filminin yanvarın 26-da "Qələbə" kinoteatrında nümayiş etdirilməsinə qarşı çıxıblar.
Bu barədə Report-a Moskvanın Azərbaycan icmasının sədri Şamil Tağıyev bildirib.
"Biz Moskvanın Azərbaycan icması olaraq bu fitnəkar filmin nümayişi haqqında bildikdə dərhal "Qələbə" kinoteatrının rəhbərliyinə və bilavasitə Moskva Hökumətinin Mədəniyyət Departamentinə filmin nümayişindən imtina etmək tələbi ilə müraciət etdik”, - Şamil Tağıyev bildirib.
"Təşkilatımızın üzvləri həmçinin Rusiya Federasiyasının Dаxili İşlər Nаzirliyinin Ekstremizmə qarşı Baş İdarəsinə filmin Rusiya Federasiyası ərazisində nümayişinin qanuniliyini yoxlamaqla bağlı müraciət ediblər. Biz bu işə regional diaspor təşkilatlarını da cəlb etdik. Onlar filmin ölkənin başqa şəhərlərində nümayişinə yol verməyəcəklər", - Tağıyev deyib.