Ərdoğan və Kral Fələstin hadisələrini müzakirə edib
16.05.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla telefonla danışıb.
Türkiyənin star.com.tr xəbər verir ki, Prezidentin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Londondakı təmaslarını bitirdikdən dərhal sonra Krallaa pardığı telefon danışığında Fələstindəki son hadisələri müzakirə edib.
Qeyd olunub ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Söhbət zamanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda İstanbulda keçiriləcək toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.