Bakı qara hazırdırmı?..
24.01.2020
ETSN-nin paytaxtda hava şəraitinin kəskin dəyişməsi və qar yağacağı ilə bağlı xəbərdarlığı ilə əlaqədar olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik idarəsi gücləndirilmiş iş rejminə keçib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qurumların və rəhbər orqanların qarlı günlərdə nəzərdə tutulan işi bölüşdürülüb:
"Qış mövsümünə hazırlıqla əlaqədar hələ ötən ilin oktyabrında Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Yolların buzdan təmizlənməsi üçün 4000 ton duz anbarlara yığılıb və texnikalar hazır vəziyyətə gətirilib. Qar yağacağı təqdirdə isə duz yüklü avtomobillər müəyyən edilmiş nöqtələrdə dayanacaqlar”, - BŞİH-dən bildirilib.