21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya əmlak bazarında ən çox gəliri olan azərbaycanlı iş adamları

24.01.2020

Rusiyada daşınmaz əmlakın icarəsindən 2019-cu ildə ən çox gəlir əldə edən iş adamları və şirkətlərin adı açıqlanıb.
Xəbər verildiyi kimi, "Forbes” jurnalının məumatına görə, əslən Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində anadan olan Qod Nisanov və Zarah İliyev siyahıda ilk pilləni tutublar. Azərbaycan əsilli dağ yəhudiləri "Fud Siti” aqroklasteri (930 min kvadrat kilometr), "Yevropeyski” ticarət mərkəzi (180 min kvadrat kilometr), Radisson Collection Ukraina (535 nömrə) obyektlərinin sahibidir. Bu və digər obyektlərin icarəsindən 2019-cu ildə ortaqlar 1 milyard 610 milyon dollar icarə haqqı qazanıblar.
Siyahının 6-cı pilləsində isə Crocus Group qərarlaşıb. "Krokus Ekspo” (1,040 000 kvadrat metr) və Vegas ticarət mərkəzinin də (480 min kvadrat metr) holdinq ötən il 370 milyon dollar icarə haqqı yığıb. Xatırladaq ki, şirkərin prezidenti milliyətcə azərbaycanlı olan Araz Ağalarovdur.
Beləliklə, Azərbaycan əsilli iş adamları 2019-cu ildə Rusiyada 2 milyard dollar yaxın icarə haqqı toplayıb.