Albert Eynşteyn dünyanın ən kiçik sikkəsində - FOTO
24.01.2020
İsveçrə zərbxanası dünyanın ən kiçik qızıl sikkəsini istehsal edib.
Xəbər verildiyi kimi, üzərində Albert Eynşteynin məşhur şəkli əks olunan sikkənin dəyəri İsveçrə frankının dörddə birinə bərabərdir.
Qızıl sikkənin çəkisi 60 milliqram, diametri isə təxminən 3 millimetrdir.
Sikkədə təsvir olunan şəkli adi gözlə görmək mümkün olmadığı üçün pul böyüdücü şüşə və işıqlandırma qurğusu ilə birgə buraxılıb./trend/