21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ölkəmizdə koronavirusun qarşısı necə alınır?

24.01.2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın ölkədə koronavirusla bağlı yayılma hallarının olmaması üçün gördüyü işləri qiymətləndirib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Trend-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan ölkə ərazisində yoluxucu xəstəliklərin monitorinqi üçün nəzarət sistemini gücləndirir. Bu fəaliyyətlərə laboratoriya və diaqnostika imkanlarının gücləndirilməsi daxildir: "Bu yaxınlarda Taun Əleyhinə Stansiyadakı iki laboratoriyanın ÜST-nin sertifikasiya tələblərinə cavab verdiyi təsdiqlənib. Hər bir səhiyyə sisteminin təkmilləşdirilməyə ehtiyacı var və Azərbaycan bu sahənin inkişafı üzərində çalışır".
H.Harmancı qeyd edib ki, Azərbaycanda bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.
Onun sözlərinə görə, ÜST-nin məlumatına əsasən, bu xəstəlik halları hazırda yalnız Çin, Yaponiya, Sinqapur, Tailand, Tayvan və Koreya Respublikasında müşahidə olunur. Amerika Birləşmiş Ştatlarının səhiyyə qurumları Vaşinqton ştatında bu xəstəliyin qeydə alındığını təsdiq edib.
H.Harmancı əlavə edib ki, virusun mənbəyi naməlumdur. İlkin tədqiqatlar bu alovlanmanın virusun heyvandan insana ötürülməsi ilə baş vermə ehtimalının böyük olduğunu göstərir.
ÜST rəsmisi bildirib ki, xəstəlik heyvanlarla təmasla, korlanmış qidalar vasitəsilə, yaxud da insandan insana ötürülə bilir:
"Lakin onu da qeyd etmək lazımdır ki, ət və yaxud balıq məhsulu bişdikdə onun tərkibindəki viruslar məhv olur. Çiy və az bişmiş ət məhsullarının, o cümlədən süd məhsullarının istehlakı sağlamlıq üçün zərərlidir və viruslara yoluxma riskini artırır. Cari məlumatlara əsasən, virus ağır fəsadlarla yanaşı qripə bənzər yüngül simptomlar da yarada bilər. Əvvəl özünü yüngül formada göstərən xəstəlik ağırlaşa, xroniki xəstəliyi olan insanlarda bəzi xəstəliklərə qarşı həssaslığı artıra bilər. Virus yeni aşkar olunduğundan hələ də bəzi simptomlar naməlumdur".
H.Harmancı deyib ki, xəstəliyin əsas səbəbi məlum olmadığından ÜST insanlara bəzi ehtiyat tədbirlərini görməyi tövsiyə edir. Həmin tədbirlərə əlləri sabunla yumaq, öskürərkən və asqırarkən ağzı birdəfəlik istifadə üçün dəsmalla və ya köynəyin qolu ilə bağlamaq, qrip simptomları müşahidə edilən insanlarla yaxın təmasda olmamaq, hərarət, öskürək və təngnəfəslik müşahidə olunarsa, həkimə müraciət etmək, qidaları, xüsusilə ət məhsullarını lazımi qədər bişirmək daxildir.
H.Harmancı ÜST-nin bu xəstəlik səbəbindən beynəlxalq səfərlərin və ticarətin məhdudlaşdırılmasını tövsiyə etmədiyini də vurğulayıb.