Virusdan ölənlərin sayı 26-ya çatıb
24.01.2020
Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 853-ə, bu virus səbəbindən ölənlərin sayı isə 26-ya çatıb.
Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində, biri isə Xıbey vilayətində qeydə alınıb.
Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.
Çin Maliyyə Nazirliyi koronovirusdan zərər çəkmiş Xubei vilayətinə kömək etmək üçün 1 milyard yuan (təxminən 144 milyon ABŞ dolları) ayırıb.
Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.