Koronavirusun nədən yarandığı açıqlandı - Yeni versiya
23.01.2020
Koronavirusun ilkin mənbəsi ilanlar – kraytlar və kobralar ola bilər.
Bu məlumat "Journal of Medical Virology” jurnalında dərc olunub. İnsanların bu virusa məhz bu heyvanların ətindən yoluxa biləcəyi iddia edilib.
Bu versiyanın hələlik tam təsdiqlənmədiyi vurğulanıb.
Digər versiyaya görə, koronavirus yarasa şorbasından yayılıb. Sözügedən şorba Çinin məşhur yeməklərindən biridir.
Qeyd edək ki, koronavirus Çinin Uxan şəhərində dekabrda yaranıb. İndiyə qədər xəstəliyə tutulanların sayı 600-ü keçib (617 nəfər). 17 nəfərin virusdan öldüyü vurğulanıb.